Siyasət

Şahmar Mövsümov: “Qeyri-üzvi kimya və plastmas məhsullarının ixracı artıb”

Sharing is caring!


“Son üç ildə qeyri-neft məhsullarının ixracında qeyri-üzvi kimya və plastmas məhsullarının payı artıb”.

Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov Bakıda keçirilən Gömrük Biznes Forumunda çıxışı zamanı deyib.

O qeyd edib ki, gömrük sisteminin şəffaflaşdırılması, prosedurların sadələşdirilməsi və xərclərin optimallaşdırılması, xarici ticarətin asanlaşdırılması xarici ticarət iştirakçılarının və büdcə daxilolmalarının artmasına səbəb olub:

“2015-2022-ci illərdə qeyri-neft ixracının həcmi 2,3 dəfə artıb. Eyni zamanda qeyri-neft ixracında çeşidlərin sayında da artım müşahidə olunub. 5700 çeşidli maldan 1990-nı ixrac edilib, 1234-ü isə davamlı ixraca göndərilib. Son üç ildə 35 adda yeni məhsul ixrac səbətinə daxil olub”.

Ş.Mövsümoun sözlərinə görə ulu öndər Heydər ƏIiyevin 100 illik yubileyi xalqımız tərəfindən təntənəli şəkildə qeyd edilir:

“Onun həyat və yaradıcılığına nəzər saldıqda ömrünü xalqın rifahına, ölkəmizin inkişafına həsr etdiyini görərik. Bu gün də ölkəmizin davamlı inkişafı onun strategiyasına yüksək səviyyədə əməl olunduğunu göstərir”.

Aysel Aslan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir