Mədəniyyət

İranda daha bir aktrisaya həbs və pul cəzası kəsilib – FOTO

Sharing is caring!


İranda İnqilab Məhkəməsi 2022-ci il xalq etirazlarının tərəfdarlarından olan tanınmış teatr və kino aktrisası Haniyə Təvəssulini həbs və pul cəzasına məhkum edib.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Məlumata görə, İnqilab Məhkəməsi onu “ictimai rəyi çaşdırmaq məqsədilə yalan məlumatlar yaymaqda” təqsirli bilərək altı ay həbs və 15 milyon tümən (607 AZN) pul cəzasına məhkum edib.

Qeyd edək ki, həbs cəzasının icrası üç il müddətinə təxirə salınıb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir