Siyasət

Gürcüstanda “Tolerantlıq Günü”ndə azərbaycanlı müəllim mükafatlandırılıb – FOTO

Sharing is caring!


Bu gün Gürcüstanda “Tolerantlıq Günü”nə həsr olunan tədbirdə Tbilisidəki 73 saylı tam orta məktəbin azərbaycanlı müəllimi Leyla Babayeva mükafatlandırılıb.

“Report”un yerli bürosu xəbər verir ki, Tbilisi Şəhər Şurasının binasında keçirilən tədbirdə Azərbaycan guşəsi də yaradılıb.

Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin təşkil etdiyi guşədə Azərbaycanın Qarabağ, Quba, Gürcüstanın Borçalı və digər bölgələrinə aid xalçalar, milli geyimlər, məişət əşyaları nümayiş etdirilib.

Belə bir guşəni yaratmaqda əsas məqsəd Azərbaycanın zəngin mədəniyyətini və incəsənətini təbliğ etmək, dünyaya tanıtmaqdır.

Tədbirdə Gürcüstanın dövlət və hökumət rəsmiləri, deputatlar, Azərbaycan səfirliyinin, eləcə də Tbilisidə akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, elm, mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tbilisi Şəhər Bələdiyyəsinin qərarı ilə ölkədə tolerantlığın inkişafına verdikləri töhfələrə görə milli azlıqların nümayəndələri mükafatlandırılıblar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir