Cəmiyyət

Şərurda yeni yaşayış kompleksləri salınır – FOTO

Sharing is caring!


Şərur şəhərində yeni yaşayış kompleksləri salınır.

Oxu.Az xəbər verir ki, noyabrın 16-da səlahiyyətli nümayəndə Fuad Nəcəfli Şərur şəhərində tikiləcək və hazırda inşası davam etdirilən yeni yaşayış komplekslərinin layihələri və inşaat işləri ilə maraqlanıb.

Məlumat verilib ki, “NN Residence” tikinti şirkəti tərəfindən şəhərin Səməd Vurğun və Nizami küçələrində geniş əraziləri əhatə edən yeni yaşayış kompleksləri inşa olunacaq. Hazırda hər iki istiqamətdə layihələndirmə işləri görülür.

Layihəyə əsasən Səməd Vurğun küçəsində 16 mənzildən ibarət üç, Nizami küçəsində isə 44 mənzilli beş yaşayış binası plana düşüb. Mövcud binalar və ətrafındakı yardımçı tikililər sökülməklə yerində bütün kommunal tələblərə cavab verən və rayon mərkəzinin ümumi görünüşünə müasir görkəm bəxş edəcək binalar inşa olunacaq.

Fuad Nəcəfli mənzilləri plana düşən sakinlərlə görüşüb, problemləri ilə maraqlanıb, növbəti illərdə yeni və müasir mənzillərlə təmin olunacaqlarını bildirib. Şəhər sakini Fatma Mehdiyeva göstərilən diqqət və qayğıya görə minnətdarlığını ifadə edib.

Səlahiyyətli nümayəndə Heydər Əliyev prospektində inşası davam etdirilən yaşayış kompleksi ilə də tanış olub. Məlumat verilib ki, ərazidə köhnə ikimərtəbəli binaların yerində salınan kompleksin ərazisi 20 min 80 kvadratmetrdir.

Burada altımərtəbəli altı yaşayış binası və 120 yerlik uşaq bağçası inşa olunur. Binalarda bir, iki, üç və dördotaqlı olmaqla, ümumilikdə, 240 mənzil istifadəyə veriləcək. Binaların birinci mərtəbəsi əsasən xidmət sahələri üçün nəzərdə tutulur. Hazırda ərazidə iki yaşayış binasının inşası sürətlə və keyfiyyətlə davam etdirilir. Kompleksin ərazisində geniş abadlıq işləri də görüləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir