Siyasət

Üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərə işlə bağlı seçim haqqı veriləcək

Sharing is caring!


Azərbaycanda üç yaşınadək uşağını təkbaşına böyüdən kişilər gecə vaxtı yerinə yetirilən işlərə yalnız razılıqları ilə cəlb olunacaqlar.

“Report”un xəbərinə görə, bununla bağlı Əmək Məcəlləsinə dəyişiklik təklif edilir.

Dəyişikliyə əsasən hamilə, 14 yaşınadək uşağı olan, həmçinin 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı olan qadınlarla bərabər, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilər də gecə vaxtı yerinə yetirilən işlərə yalnız onların yazılı razılığı ilə cəlb edilə bilərlər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir