Siyasət

Vahid Hacıyev: “Zəngilanın bölgədə böyük logistik mərkəzə çevrilmə potensialı var”

Sharing is caring!


Zəngilan şəhərində “Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” mövzusunda beynəlxalq elmi-praktik konfrans işə başlayıb. 

Bizim.Media xəbər verir ki, konfransda Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev çıxış edib. 

O bildirib ki, hazırda Ağalı kəndində 175 ailədən ibarət 871 sakin yaşayır.

“Böyük Qayıdışa dair Dövlət Proqramı”na görə 2022-2026-cı illər ərzində Cəbrayıl, Qubadlı, Zəngilanda 3 şəhər, 5 qəsəbə, 24 kənd tikiləcək. Zəngilan nəqliyyat qovşağı olacaq.

Bundan başqa, İranla ticarət və nəqliyyat əlaqələrinin inkişafı üçün Ağbənddə yeni yolun təməli qoyuldu. Bununla da, Zəngilanın bölgədə böyük logistik mərkəzə çevrilmə potensialı var”, – deyə Vahid Hacıyev əlavə edib. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir