Dünya

Qəzza zolağının gələcəyi ilə bağlı ABŞ və İsrail arasında fikir ayrılıqları artmaqdadır

Sharing is caring!


ABŞ administrasiyasının rəsmiləri HƏMAS-a qarşı hərbi hücumun gedişi və iki ölkənin Qəzzanın gələcəyini necə təsəvvür etməsi ilə bağlı İsrailin Baş naziri Benyamin Netanyahu hökuməti ilə getdikcə daha çox fikir ayrılığına düşüblər.

“Biz onların (israillilərin) mülki itkiləri azaltmaq üçün mümkün olan hər şeyi etməməsindən narahatıq”, – deyə ABŞ administrasiyasının rəsmilərindən biri bildirib.

Bundan əlavə, qeyd olunur ki, İsrail hərbi hücumunu başa vurduqdan sonra Fələstin anklavını kimin idarə edəcəyi sualı ətrafında fikir ayrılığı yaranır.

ABŞ və İsrail özlərini birləşmiş cəbhə olaraq ictimaiyyətə təqdim etməyə çalışsalar da, Netanyahunun keçən həftə İsrailin qeyri-müəyyən müddətə Qəzzada təhlükəsizlik rolunu oynayacağını deməsindən sonra fikir ayrılığı üzə çıxdı.

Eyni zamanda ABŞ dövlət katibi Antoni Blinken bildirib ki, ABŞ Qəzza zolağının yenidən işğalı və ya anklavın blokadası ilə bağlı heç bir təklifi qəbul etməyəcək.

Verilən məlumata görə, ABŞ Prezidenti Co Bayden administrasiyasının rəsmiləri də keçmiş İsrail rəsmilərinin Qəzzanın şimalında İsraili gələcəkdə Qəzzadan gələcək hər hansı hücumdan qorumaq üçün güclü möhkəmləndirilmiş “bufer zona” yaratmaq ideyasından ehtiyat edirlər.

ABŞ administrasiyasının rəsmiləri bildiriblər ki, Qəzza daxilində İsrailin nəzarətində olan bufer zonasının yaradılması anklavın ərazisinin azaldılması demək olacaq, Ağ Ev isə bunu qəbuledilməz hesab edir.

“ABŞ bildirib ki, fələstinlilər Qəzzadan köçürülməməlidirlər. Biz bunun irəliyə doğru ən yaxşı yol olduğuna əmin deyilik”, – deyə administrasiyanın ikinci yüksəkrütbəli rəsmisi bildirib.

Mənbə: NBC News 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir