Siyasət

Amid Fərəcov: “Atamın ən böyük arzusu Laçına qayıtmaq idi”

Sharing is caring!


“Atamın ən böyük arzusu Laçına, Zabuxa qayıtmaq olub”.

Bunu Oxu.Az-a açıqlamasında Zabux kənd sakini, keçmiş məcburi köçkün Amid Dağbəyi oğlu Fərəcov deyib.

O bildirib ki, bu gün doğma yurda qayıtdığı üçün çox sevinclidir:

“Atamın ən böyük arzusu idi Laçına qayıtmaq, amma dünyadan vaxtsız köçdü, bu gözəl günləri görmək ona qismət olmadı. Amma bu gün biz ailə üzvlərimizlə doğma yurda qayıdırıq. Beş yaşımda çıxmışdım Zabuxdan. Çox çətindir o günləri xatırlamaq. Amma çox şükür ki, torpaqlarımız işğaldan azad edildi, Ali Baş Komandanımız və müzəffər Ordumuzun sayəsində biz ata yurdumuza qayıdırıq. Çox sevincliyik. Bizə bu gözəl günləri yaşadanlara öz təşəkkürümüzü bildiririk, şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı arzulayırıq!”

Qeyd edək ki, bu gün Laçın rayonunun Zabux kəndinə Bakının Qaradağ rayonundakı “Qobu Park-3” yaşayış massivindən 25 ailə (94 nəfər) yola salınıb. Bunadək Zabuxa 21 ailə (94 nəfər) köçürülüb.

Aytac Qasımova

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir