Siyasət

Laçının Zabux kəndinə növbəti köç karvanı yola salınıb

Sharing is caring!


Laçın rayonunun Zabux kəndinə növbəti köç karvanı yola salınıb.

Oxu.Az-ın məlumatına görə, Qaradağ rayonu, Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün inşa edilmiş “Qobu Park-3” yaşayış kompleksinin qarşısından Bakı şəhərindən 15 ailə (57 nəfər);

Abşeron rayonundan beş ailə (14 nəfər);

Tərtər rayonundan iki ailə (10 nəfər);

Lənkəran şəhərindən bir ailə (dörd nəfər);

Bərdə rayonundan bir ailə (beş nəfər);

Qax rayonundan bir ailə (dörd nəfər) olmaqla ümumilikdə 25 ailə (94 nəfər) Laçın rayonunun Zabux kındinə yola salınıb.

Xatırladaq ki, bu günə qədər Zabux kəndinə 21 ailə (94 nəfər) köçürülüb.

Aytac Qasımova

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir