Siyasət

Ermənistandakı yeganə sinaqoqa qarşı növbəti vandalizm aktı – VİDEO

Sharing is caring!


Ermənistanda son ay yarım ərzində ölkədəki yeganə sinaqoqa qarşı növbəti vandalizm aktı törədilib. Binanın giriş hissəsi və qapısı üzərinə yanacaq tökülərək yandırılıb.

Bu gün sosial şəbəkələrdə İrəvanda yerləşən sinaqoqun yandırılması ilə bağlı videogörüntülər yayılıb.

Xatırladaq ki, sonuncu dəfə – 2023-cü il oktyabrın 3-nə keçən gecə bu sinaqoqa hücum olub. Naməlum şəxslər binaya “Molotov kokteyli” atıb, pəncərələri sındırıb və binanın divarlarına boya atıblar.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir