Siyasət

Zaxarova regional kommunikasiyaların açılmasına kimlərin mane olduğunu açıqladı

Sharing is caring!


İrəvan sırf siyasi səbəblərdən Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsini ratifikasiya edib.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

O, qeyd edib ki, Qərb Ukrayna siyasətində iflasa uğradıqdan sonra Ermənistandan “möhkəm yapışıb”.

“Ukrayna istiqamətində planları tamamilə iflasa uğrayan Qərb eynilə vəhşicəsinə Ermənistanı qamarlayaraq, onu Rusiyadan qoparmağa çalışır”, – XİN rəsmisi bəyan edib.

Zaxarova vurğulayıb ki, Ermənistanın hazırkı rəhbərliyinin qərbli dostlarının “yaxşı” məsləhətləri regional kommunikasiyaların açılmasına mane olur.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir