Siyasət

Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Milli Atçılıq Festivalı başa çatıb – FOTO/VİDEO

Sharing is caring!


Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Milli Atçılıq Festivalı başa çatıb.

Bu barədə Oxu.Az-a Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.

Qeyd olunub ki, 8 noyabr 2023-cü il tarixində Çövkən üzrə Dünya Çempionatının üçüncülük uğrunda və final oyunları keçirilib.

Günün ilk, çempionatın 7-ci oyunu saat 16:00-da Özbəkistan – Polşa, final oyunu isə Azərbaycan – Mərakeş komandaları arasında olub.

Üçüncü turda baş tutan mübarizənin sonunda Polşa Özbəkistana 0-5 hesabı ilə qalib gələrək üçüncü yerin sahibi olub.

Qarşılaşmada Marek Setkieviç üç, Marta Şostak bir və Marianna Olbriç bir qolla fərqlənərək komandalarına qalibiyyət gətirməyi bacarıblar.

Günün son və çempionatın final oyunu Azərbaycan və Mərakeş komandaları arasında keçirilib.

Final oyununda komandamız dörd qolla üstünlük əldə edərək Dünya Çempionatının qalibi olub.

Rəqib komandanın qapısına qolları Tərlan Qurbanaliyev (iki), Şamil Budaqov və Şahmar Nağızadə vurublar.

Ümumilikdə çempionatın bombardiri altı qolla Tərlan Qurbanaliyev olub.

Beləliklə, Azərbaycan birinci, Mərakeş ikinci, Polşa isə üçüncü yerdə qərarlaşıb.

Sonda dörd, beş və altıncı yerin sahiblərinə çempionatda iştirak etdiklərinə görə təşəkkürnamə, ilk üç yerin qalibinə ardıcıllıqla qızıl, gümüş və bürünc medal, həmçinin Fəxri Diplom, final oyununun qalibi olan milli yığmamıza isə Dünya Çempionatının kuboku təqdim edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir