Dünya

Putin Ukrayna ilə təklif edilən sülh planı barədə DANIŞDI

Sharing is caring!


“Rəsmi Pekinin bu ilin əvvəlində Rusiya-Ukrayna münaqişəsi ilə bağlı təklif etdiyi sülh planı realdır və nizamlanma üçün əsas yarada bilər”.

Bunu Rusiya Prezidenti Vladimir Putin Çinin “China Media Group” media korporasiyasına müsahibəsində bildirib.

“Biz çinli dostlarımıza bu böhranı necə bitirməyin yolları barədə düşündüklərinə görə minnətdarıq. Hesab edirəm ki, onların təklifi etdiyi (sülh planı) kifayət qədər realdır və sülh sazişində əsas kimi istifadə oluna bilər. Biz çinli dostlarımızın təkliflərindən istifadə etməyə hazırıq”, – deyə Rusiya lideri əlavə edib.

Qeyd edək ki, bu ilin fevral ayında Çin Xarici İşlər Nazirliyi Ukrayna böhranının siyasi həlli ilə bağlı mövqe sənədi dərc edib. Sənəd 12 bənddən ibarətdir və burada atəşkəsin tez bir zamanda təmin edilməsi, təhlükəsizlik sahəsində bütün ölkələrin qanuni maraqlarına hörmət, Ukraynada humanitar böhranın həlli, Moskva ilə Kiyev arasında hərbi əsirlərin mübadiləsi məsələləri öz əksini tapıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir