Dünya

Ekvadorda prezident seçkisinin qalibi müəyyənləşib

Sharing is caring!


Ekvadorda keçirilən prezident seçkisində Milli Demokratik Fəaliyyət alyansının namizədi Daniel Noboa qalib gəlib.

Məlumata görə, Noboa ölkə tarixində ən gənc prezident olacaq, onun 35 yaşı var. Atası Ekvadorun ən zəngin adamlarından biridir.

Qeyd edək ki, əvvəllər Noboa Milli Assambleyanın üzvü olub, burada parlamentin Rusiya ilə dostluq qrupuna rəhbərlik edib. Seçki debatları zamanı o, BMT Təhlükəsizlik Şurasındakı mövqeyini, həm ABŞ, həm də Rusiya ilə ticarət əlaqələrini nəzərə alaraq Ekvadorun “Rusiya və Ukrayna arasında sülh körpüsünə” çevrilməli olduğunu bəyan edib.

Mənbə: Rbc

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir