Siyasət

BMT-nin qarşısındakı bilbordda Zəfər Gününə həsr olunmuş lövhələr nümayiş etdirilib – FOTO

Sharing is caring!


ABŞ-nin Nyu-York şəhərində BMT-nin mənzil-qərargahının qarşısında mobil bilbordda Azərbaycanın Zəfər Gününə həsr olunmuş lövhələr nümayiş etdirilib.

Bu barədə Azərbaycanın BMT yanında daimi nümayəndəliyi sosial şəbəkədə paylaşım edib.

LED lövhələrdə ingilis dilində “8 Noyabr – Azərbaycanın Zəfər Günü” sözləri həkk olunub.

Eyni zamanda İkinci Qarabağ müharibəsində şəhid olmuş Azərbaycan əsgərlərinin xatirəsinin rəmzi olan xarıbülbül göstərilib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir