İdman

Azərbaycan Basketbol Liqası: “Sabah” bağlanış oyununda asan qələbə qazanıb

Sharing is caring!


“Sabah” Azərbaycan Basketbol Liqasının IV turunun bağlanış oyununda asan qələbə qazanıb, son çempion “Sərhədçi”ni üstələyib.

Sumqayıt Olimpiya İdman Kompleksində baş tutan görüşdə “Sabah” rəqibini 112:89 hesabı ilə məğlub edib.

Ən məhsuldar basketbolçular “Sabah”da Kivon Devenport (28 xal, 8 ribaund), “Sərhədçi”də isə Cekson Rid (22 xal, 7 assist) olub.

Qeyd edək ki, V turun oyunları (“Sərhədçi” – “Gəncə”, “Xırdalan” – NTD-INDIGO, “Cəlilabad” – “Sumqayıt”, “Neftçi” – “Sabah”, “Şəki” – “Xəzri”) 23-26 noyabr tarixlərində baş tutacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir