Siyasət

Ukraynalı jurnalist: “Zəfər Günü hər zaman Azərbaycanın yanında olan Ukraynanın da bayramıdır”

Sharing is caring!


“Azərbaycanın 44 günlük müharibə nəticəsində qazandığı Qələbəsi ədalətin və beynəlxalq hüququn təntənəsidir. Hesab edirəm ki, bu, təkcə Azərbaycanın deyil, həm də hər zaman Azərbaycanın yanında olan Ukraynanın bayramıdır. Bu, beynəlxalq ictimaiyyət üçün, xüsusən də beynəlxalq hüququn normalarına və dövlətlərin suverenliyinə, humanizm dəyərlərinə hörmət etməyin nə qədər vacib olduğunu dərk edən hər bir insan, xalq üçün bayramdır”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında ukraynalı jurnalist Marına Qonçaruk söyləyib.

Azərbaycanın 44 günlük müharibədə nəticəsində qazandığı Qələbənin ildönümünü qeyd etdiyini vurğulayan jurnalist deyib:

“Biz Azərbaycan üçün özümüzü xoşbəxt hiss edirik, hər zaman Azərbaycanın yanındayıq. Azərbaycanın suverenliyinin bərpasına ürəkdən sevinirik. Azərbaycanda baş verən hadisələri, Qarabağın necə bərpa olunduğunu, bu ərazilərin necə yenidən tikildiyini, orada həyatın necə yaxşılaşdığını diqqətlə izləyirik. Oraya mədəni-ədəbi həyat qayıdır və təbii ki, bütün bunlar Ukrayna-Azərbaycan münasibətlərində özünü göstərir”.

Şuşa Şəhəri Gününü özləri üçün mühüm bayram hesab edən ukraynalı jurnalist bildirib:

“Şuşa mədəniyyət paytaxtı kimi dünyaya Ukrayna-Azərbaycan münasibətlərində də mühüm rol oynamış görkəmli mədəniyyət, incəsənət, diplomatiya xadimləri bəxş etmişdir. Ukraynada şuşalıların Ukrayna-Azərbaycan münasibətlərinə verdiyi töhfəni xatırlayır və yüksək qiymətləndirirlər”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir