Cəmiyyət

Bakıda iki maşın toqquşub, xəsarət alan var – FOTO

Sharing is caring!


Bakıda iki avtomobilin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, avtoqəza Bakı-Sumqayıt yolunda qeydə alınıb.

Belə ki, “Nissan” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirərək BMW markalı avtomobilə çırpıb.

Qəza nəticəsində avtomobillər deformasiyaya uğrayıb. Hadisədə bir nəfər xəsarət alıb. Yaralı əraziyə çağırılmış təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb.

İlkin ehtimala görə, qəzanın başverməsinə səbəb BMW markalı avtomobilin sürücüsünün qəfil əyləcdən istifadə etməsi olub.

Əraziyə polis əməkdaşları cəlb edilib. Qəza səbəbindən yolda tıxac müşahidə edilib. YPX əməkdaşları yaranan tıxacın aradan qaldırılması məqsədilə qəzaya uğrayan avtomobillərin yoldan götürülməsini təmin ediblər.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir