Cəmiyyət

Bakının mərkəzində köhnə bina 25 ildir dağılmış vəziyyətdə – VİDEO

Sharing is caring!

Paytaxtın tam mərkəzində, Həzi Aslanov küçəsi ilə Əlövsət Quliyev küçələrinin kəsişməsində yerləşən bina uçmaq təhlükəsi ilə üz-üzədir. 

25 ildən çoxdur qəzalı vəziyyətdə olan binanın yaxınlığında məktəb olduğundan hər gün yüzlərlə şagird qəzalı tikilinin altından keçərək dərsə gedir. Ərazinin təhlükəli olması ilə bağlı xəbərdarlıq lövhəsi də quraşdırılmayıb.

Sakinlər aidiyyəti qurumlara dəfələrlə məlumat verdiklərini, amma hələ də lazımi tədbirlərin görülmədiyini deyirlər.

Maraqlıdır ki, qəzalı binanın 2-ci mərtəbəsində Nəsimi rayonu üzrə 48 saylı Mənzil-Kommunal İstismar Sahəsinin inzibati ofisi yerləşir. Qurum əməkdaşı isə iş saatı olmasına baxmayaraq, rəhbərliyin yerində olmadığını deyib.

Qəzalı və dağılmış binanın aqibəti ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyətindən bildirilib ki, məsələdən xəbərdardırlar.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir