Siyasət

Rəcəb Öztop: “Son 100 ildə Azərbaycanla Türkiyə arasında saysız əməkdaşlıqlar olub”

Sharing is caring!


“Son 100 ildə Azərbaycanla Türkiyə arasında saysız əmakdaşlıqlar olub”.

“Report” xəbər verir ki, bunu Türkiyənin Gəncədəki baş konsulu Rəcəb Öztop Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə keçirilən tədbirdən sonra jurnalistlərə müsahibəsində bildirib.

Baş konsul Türkiyə və Azərbaycan qardaşlığının yüzilliklər boyunca davam etməsini diləyib:

“Türkiyə-Azərbaycan qardaşlığı keçmişlərə dayanır. Heç kəsə sirr deyil ki, bu iki ölkə daha sıx əməkdaşlıq edir. Qarşıdakı 100 illərdə də bu iki ölkə arasında olan qardaşlıq münasibətlərinin daha da iri addımlarla davam edəcəyinə inanırıq. Türkiyə-Azərbaycan dostluğunun əbədi olmasını arzu edirəm”.

Xatırladaq ki, bu gün Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə Türkiyə Cümhuriyyətinin Gəncəki Baş Konsulluğunun qarşısından başlayaraq Qafqaz İslam Ordusunun Gəncədəki ilk əməliyyatları zamanı şəhid olmuş 13 nəfər əsgərin xatirəsinə ucaldılmış abidənin önünə qədər yürüş keçirilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir