Dünya

ABŞ-də “Helluin” şənliyində atışma: Ölən və yaralananlar var – VİDEO

Sharing is caring!


Florida ştatının Tampa şəhərində atışma baş verib.

İlkin məlumatlara görə, insident nəticəsində azı iki nəfər ölüb, 18 nəfər yaralanıb.

Hadisə “Helluin” bayramı zamanı küçədə baş verən kütləvi davanın iştirakçılarından birinin atəş açması zamanı baş verib.

Qeyd edək ki, ABŞ-nin daha iki şəhərində “Helluin” bayramı şərəfinə təşkil edilən ziyafətlərdə 10-dan çox insan güllələnib. Ən azı iki nəfər ölüb, altısının vəziyyəti ağırdır.

Bununla bağlı sosial şəbəkələrdə video yayılıb.

Videoda İllinoys ştatının Çikaqo şəhərindəki vəziyyət əks olunub. Orada 15 nəfər güllə yarası alıb, onlardan ikisinin vəziyyəti ağırdır.

Həmçinin, Massaçusets ştatının Mansfild şəhərində də atışma olub. Təcili yardım maşını ağır vəziyyətdə olan dörd yerli sakini təcili olaraq xəstəxanaya çatdırıb. Onlardan başqa daha iki nəfər yerindəcə dünyasını dəyişib, ölənlərin hər ikisi azyaşlı olub.

Hazırda polis baş verənlərlə bağlı araşdırma aparır.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir