Hadisə

Yasamalın icra başçısı ilə “Azərsu” CİNAYƏTƏ ƏL ATDI – ŞİKAYƏT

Sharing is caring!

Paytaxtın Yeni Yasamal 2, bina 7 ünvanında yaşıllıq məhv edilib.

Xəbəral.az xəbər verir ki, ağacların kəsilməsi Yasamal rayon icra başçısı Elşad Həsənovun “xeyir-duası” ilə reallaşıb. Sakinlərdən biri Fəxriyyə Abdullayeva yazıb ki, 1-ci mərtəbədə yaşayan sakinlər hərəsi öz pəncərəsinin qarşısında ağaclar əkib suvarırdılar, təmizləyirdilər, yuxarı mərtəbələrdə yaşayanlar zibil ata bilmirdilər.

Amma “Azərsu”nun xahişi ilə Yasamal icra hakimiyyəti buldozeri göndərib ağacları yerindən çıxartdı, bütün yaşıllığı məhv etdi.

”Deyirlər, yolu genişləndiririk. Hansı yolu, axı bu yoldan heç kim istifadə etmir. Bu məmurlar niyə bu qədər yaşıllıq düşmənidir, anlamaq olmur”.

Binanın digər sakini Müşviq Abdulla isə qeyd edib ki, “Azərsu” ASC ötən ilin sentyabr ayında tender keçirdi, dedilər 6-cı və 7-ci binaya daimi su verəcəklər: “Gəldilər hər evdən 20-25 manat aldılar, boruları dəyişdilər, sayğacı bayıra çıxartdılar. Amma daimi su verilmədi. Yenə də su saatla verilir. Tenderdə qalib şirkətə ayrılan pullar necə oldu bilinmədi. İndi “Azərsu” bu mənzilləri daimi su ilə təmin etmək əvəzinə, problemi binanın arxasında əkilmiş yaşıllıqda və sakinlərin saxladığı toyuqlarda axtarır”.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.Tia.az

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir