Siyasət

Gürcüstan, Özbəkistan və Qırğızıstan səfirləri Hövsan Beynəlxalq Ticarət Dəniz Limanında olublar – FOTO

Sharing is caring!


Bu gün üç ölkənin Azərbaycandakı səfirləri – Gürcüstandan Zurab Pataradze, Özbəkistandan Baxrom Aşrafxanov və Qırğızıstandan Kayrat Osmonaliyevin – başçılığı ilə nümayəndə heyəti Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanında olub.

Oxu.Az-ın məlumatına görə, qonaqlara əraziyə ekskursiya təşkil edilib, daha sonra onlar limanın inzibati binasının konfrans zalına aparılıblar.

Limanın direktoru Rəşad Daşdəmirov nümayəndə heyətinə limanın yaranma tarixi, tutumu və yük dövriyyəsi haqqında məlumat verib.

Görüş zamanı tərəflər əməkdaşlığın genişləndirilməsi, yük axınının artırılması və mövcud problemlərin həlli məsələlərini müzakirə ediblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir