Siyasət

“Haber Global” Azərbaycan və Ermənistan baş nazirlərinin görüşü barədə: “Diplomatik uğurun nümunəsi…” – VİDEO

Sharing is caring!


“Gürcüstanda keçirilən görüş Azərbaycanın diplomatik uğurunun son nümunəsi kimi qeydə düşdü”.

Bu sözlər “Haber Global”ın Azərbaycan və Ermənistan baş nazirləri arasında Gürcüstanda keçirilən görüş barədə yayımladığı videosüjetdə deyilib.

“Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına bu dəfə region ölkəsi Gürcüstan ev sahibliyi edib. Azərbaycan Baş naziri Əli Əsədov və Ermənistan baş naziri Nikol Paşinyan Gürcüstan Baş naziri İrakli Qaribaşvilinin vasitəçiliyi ilə Tbilisidə görüşüblər.

Azərbaycan sentyabrın 19-da Qarabağda qeyri-qanuni ünsürlərə qarşı antiterror əməliyyatı keçirərək bölgəni işğalçı ünsürlərdən bir gündən də az müddətdə təmizlədi və Qarabağdakı qondarma dövlət strukturu təslim olaraq bölgəni tərk etdi. Bu tarixi hadisədən sonra Qarabağ faktiki olaraq Azərbaycan torpağıdır. İlham Əliyev Xankəndində Azərbaycan bayrağını qaldırdı.

Qarabağ məsələsinin əbədi olaraq tarixə qovuşmasını təmin edən antiterror əməliyyatından sonra Azərbaycan və Ermənistan liderləri arasında ilk təkbətək görüş əslində oktyabrın 5-də İspaniyanın Qranada şəhərində keçirilməli idi. Lakin Fransa, Almaniya və Avropa İttifaqı liderlərinin də iştirak edəcəyi iclasda Türkiyənin iştirakına mane olundu. Azərbaycan Prezidenti İlham Əliyev də bu səbəbdən “Türkiyə yoxdursa, biz də yoxdur” deyərək Qranadaya getmədi.

İlham Əliyev bundan sonra Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının regiondan uzaq ölkələrin deyil, region ölkələrinin iştirakı ilə aparılmalı olduğunu bildirdi”, – deyə videosüjetdə bildirilib.

Həmçinin Gürcüstanda keçirilən görüşün Azərbaycanın diplomatik uğurunun son nümunəsi kimi qeydə düşdüyü vurğulanıb.

Qeyd edək ki, Azərbaycan və Ermənistan baş nazirləri Gürcüstanda görüş keçiriblər.

Əli Əsədov və Nikol Paşinyan Gürcüstan Baş naziri İrakli Qaribaşvilinin vasitəçiliyi ilə görüşüblər.

Gürcüstan, Azərbaycan və Ermənistan baş nazirlərinin görüşü bir neçə saat davam edib.

Daha ətraflı videosüjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir