Siyasət

İcma: “Ermənistanın hələ də Azərbaycanın suverenliyini təhdid edən açıqlamaları qəbuledilməzdir”

Sharing is caring!


Qərbi Azərbaycan İcması Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Azərbaycanın Qarabağ bölgəsinə UNESCO missiyasının göndərilməsinin vacibliyi ilə bağlı verdiyi açıqlamaya münasibət bildirib.

İcmanın yaydığı məlumatda bildirilib ki, sülhdən, sülh müqaviləsindən ağız dolusu danışan Ermənistanın hələ də Azərbaycanın suverenliyini təhdid edən, onun daxili işlərinə kobud müdaxilə kimi qiymətləndirilən belə açıqlamaları tamamilə qəbuledilməzdir.

“Qərbi Azərbaycan İcması hesab edir ki, A.Mirzoyan başda olmaqla erməni diplomatiyasının UNESCO ilə bağlı ilk işi Azərbaycan xalqının mədəni irsinin monitorinqi məqsədilə bu təşkilatın faktların araşdırılması missiyasının Ermənistana səfərinə imkan yaratmaq olmalıdır”, – deyə məlumatda qeyd olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir