Araşdırma

Ağstafa Xəstəxanasının Təcili Yardım şöbəsində təhlükəli vəziyyət: Qaz balonları xəstələrin yanında nə gəzir? – FOTOLAR

Sharing is caring!

Xəbəral.az-a verilən məlumata görə, “Ağstafa rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxs”in təcili yardım şöbəsi lazımı şəkildə fəaliyyət göstərmir.

 Belə görünür, Ağstafa rayon Xəstəxanasının direktoru İlham Sofiyev nəinki direktor kimi, bir həkim kimi də xəstəxananın təchizatı ilə maraqlanmayıb, təcili yardım şöbəsinin müasir çağırışlara cavab verən bir şəkildə qurulmasını təmin etməyib.

Ağstafa rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxs”in fəaliyyəti ekstremal vəziyyətlərdə heç bir xəstə üçün qismən də olsa, təminat verici hala gətirilməyib.

Belə ki, Ağstafa rayon Mərkəzi Xəstəxananın “Təcili yardım” şöbəsində yerləşdirilən və hər an təhlükəyə səbəb ola biləcək “Kislorod balon”, daha doğrusu balonlar görəsən xəstəxananın Publik hüquqi şəxsi İlham Sofiyevi niyə narahat etmir?

Görünür maraqlı deyil

Əlbəttə Xəstəxana müasir tipli olmaya bilər amma, hər dərdin bir dərmanı olan kimi, yəqin ki, bu balonlara da təhlükəsizlik baxımından bir əlac tapmaq olardı.

İlham bəy unutmasın ki, xəstə olan şəxs və yaxud şəxslər xəstəxanaya müalicə üçün üz tutur. Onlar bilsələr ki, onları müalicə olunmaqdan çox xəstəxanada hər an təhlükə gözləyir, bəlkə də qorxularından üz tutmazdılar.

İlham Sofiyevin işinə bu qədər məsuliyyətsiz yanaşması yəqin ki, aidiyyəti üzrə qurumları da narahat edəcək.

Sözügedən fotoları sizlərə təqdim edirik

Xəbəral.az sözügedən məsələni araşdırmaq üçün TƏBİB-ə müraciət ünvanlayıb tez bir zamanda açıqlama veriləcəkdir.

Xəbəral.az qarşı tərəfin mövqe haqqını tanıyır.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir