Siyasət

Ceyhun Bayramov: “Türkiyənin 100 illiyi bütün türk dünyası üçün əhəmiyyətli bir tarix, qürur mənbəyidir”

Sharing is caring!


“Türkiyə müxtəlif sahələrdə liderliyini bütün dünyaya sübut edən, tam müstəqil daxili və xarici siyasət aparan, beynəlxalq səviyyədə strateji tərəfdaşlarının sayını artıran bir dövlətə çevrilib”.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Anadolu” agentliyinə müsahibəsində deyib.

O, Türkiyə Cümhuriyyətinin 100-cü ildönümünü münasibətilə səmimi arzularını dilə gətirib və bu yubileyin təkcə Türkiyə üçün deyil, bütün türk dünyası üçün çox əhəmiyyətli bir tarix, qürur mənbəyi olduğunu vurğulayıb.

C.Bayramov, həmçinin, qardaş Türkiyənin son 100 ildə çox çətin proseslərdən keçdiyini, ölkə tarixinin bəzi mərhələlərində açıq-aşkar xarici təhdidlərlə üzləşdiyini, lakin bütün bu çətinlikləri qürur duyacaq şəkildə dəf etdiyini qeyd edib.

“Bu gün qardaş ölkəmiz dünyanın aparıcı güc mərkəzləri tərəfindən qəbul olunan və hörmət edilən nadir ölkələrdəndir. Türkiyə – uğurlu daxili və xarici siyasəti ilə yanaşı, bütün dünyada böhranların həlli üçün müraciət edilən ölkədir. Türkiyənin beynəlxalq səviyyədə uğurlu vasitəçilik rolu günü-gündən artır. Bu bizi sevindirir”, – deyə XİN rəhbəri vurğulayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir