Dünya

Türkiyədən bir ilk: Qanadları qatlanan PUA səmaya qalxdı – FOTO/VİDEO

Sharing is caring!


Türkiyənin istehsalı olan və silahla təchiz edilmiş “Bayraktar TB3” pilotsuz uçuş aparatının (PUA) ilk uçuşu uğurlu alınıb.

Bu barədə “Bayktar” şirkətinin Mətbuat Xidmətindən məlumat verilib.

İlk uçuş Türkiyə Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümünə həsr olunub.

Verilən məlumata görə, “Bayktar” şirkətinin texniki direktoru Selçuk Bayraktarın rəhbərliyi altında həyata keçirilən “Bayraktar TB3”ün ilk sınaq uçuşu Tekirdağın Çorlu rayonundakı AKINCI Uçuş Tədris və Test Mərkəzində baş tutub.

Bu gün, Türkiyə Cümhuriyyətinin 100-cü ildönümünə iki gün qalmış, saat 8:30-da havaya qalxan “Bayraktar TB3” havada sistem identifikasiya testlərini uğurla tamamlayaraq bir saatlıq uçuş həyata keçirib.

Mənbə: TRT Haber

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir