Siyasət

Müəssisə direktoru: “İstehsal edilən məhsulun 60 faizi ixrac ediləcək, 40 faizi yerli bazarı təmin edəcək”

Sharing is caring!


“Sumqayıt Kimya Sənaye Parkında ötən gün Prezident İlham Əliyev tərəfindən açılan “Novus Plastica” MMC – polimer qatqıların istehsalı müəssisəsində istehsal edilən məhsulun 60 faizi ixrac ediləcək, 40 faizi yerli bazarı təmin edəcək”.

Oxu.Az xəbər verir ki, bu sözləri müəssisənin direktoru Fərid Cəfərov deyib.

Onun sözlərinə görə, illik 6 min ton qara polimer qatqı, 2 min ton sənaye qablaşdırma plomkası istehsal ediləcək:

“Zavod Sənaye Parkının 3,5 hektar ərazisində inşa edilib və burada iki növdə – polietilen borular üçün qara karbon konsentrat qatqısının və sənaye sahəsində qablaşdırmada istifadə edilən polietilen örtüklərin istehsalı həyata keçirilir. İnvestisiya kapitalı 12,1 milyon manatdan çox olan müəssisədə 50-dək insan daimi işlə təmin ediləcək”.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir