Siyasət

“Haber Global” Bakıdakı konfransda: “Fransa müstəmləkəçiliyi insan hüquqlarının təməllərini sarsıdır” – VİDEO

Sharing is caring!


“Haber Global” televiziya kanalında oktyabrın 20-də Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə “Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” adlı beynəlxalq konfrans barədə süjet yayımlanıb.

Bakıda keçirilən beynəlxalq konfransa ezam olunan telekanalın müxbiri Emre Batuhan Topal qeyd edib ki, bir neçə ölkədən tədbirə qatılan nümayəndələr arasında müstəmləkəçilikdən zərər çəkmiş dövlətlərin vətəndaş cəmiyyətləri də olub.

“Konfransda xüsusən Fransanın tarix boyu həyata keçirdiyi geniş müstəmləkəçilik siyasətinə toxunulub. Müstəmləkəçilikdən zərər çəkmiş ölkələr Fransanın yeni neokolonializm siyasətini, zorakılıq, ədalətsiz, insan hüquqlarının təməllərini sarsıdan siyasətindən söz açıblar”, – deyə jurnalist qeyd edib.

Qeyd edək ki, Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən konfransda Azərbaycan, Böyük Britaniya, Əlcəzair, Keniya, Fransa, Mərakeş, Mali, Efiopiyadan, eləcə də Fransanın dənizaşırı əraziləri olan Fransa Qvianası, Fransa Polineziyası, Qvadelupa, Martinika, Yeni Kaledoniyadan, həmçinin Fransanın xüsusi statusa malik 18 regionundan biri Korsika adasından olan nümayəndələr iştirak edirlər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir