Siyasət

Klaudet Duhamel: “Fransa torpaqlarımızı zəhərlədiyindən xalqımız xərçəng xəstəliyindən əziyyət çəkir”

Sharing is caring!


“Fransa müstəmləkəçiliyi ərazilərimizi, insanlarımızın vücudunu, mədəniyyətimizi əlimizdən alır. Fransa müstəmləkəçiliyi çox qəddardır”.

Oxu.Az-ın məlumatına əsasən, bunu oktyabrın 20-də Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə “Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” adlı beynəlxalq konfransda Martinika adasının təmsilçisi Kladuett Duhamel deyib.

“Fransa çalışır ki, biz xalq olaraq gələcəyimiz haqqında qərar verməyək. Fransa mədəniyyətimizi əlimizdən alır. Fransa eyni zamanda insan kimi keyfiyyətlərimizi də əlimizdən almağa çalışır. Göstərmək istəyir ki, siz heç nə yarada bilmirsiniz. Fransa torpaqlarımızı zəhərləyir, təbiətimizi məhv edir, əhalimizi zəhərləyir”, – deyə o əlavə edib.

K.Duhamel bildirib ki, Fransa vətəndaşları sahil zonalarını işğal edirlər.

“Sahillərdə hotellər tikilir. Onlar dəniz sahilinə beton tökərək oranı məhv edirlər. Fransanı isə qətiyyən insanlar maraqlandırmır. Onlar insanları kastalara bölürlər. Fransa bizi insan hesab etmir. Xalqımız ölümcül bir vəziyyətdədir. Fransanın torpaqlarımızı zəhərləməsi səbəbindən xalqımız xərçəng xəstəliyindən əziyyət çəkir”, – deyə Duhamel qeyd edib.

Qeyd edək ki, Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən konfransda Azərbaycan, Böyük Britaniya, Əlcəzair, Keniya, Fransa, Mərakeş, Mali, Efiopiyadan, eləcə də Fransanın dənizaşırı əraziləri olan Fransa Qvianası, Fransa Polineziyası, Qvadelupe, Martinika, Yeni Kaledoniyadan, həmçinin Fransanın xüsusi statusa malik 18 regionundan biri Korsika adasından olan nümayəndələr iştirak edirlər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir