Siyasət

“Ermənistanın təhlükəsizlik zəmanəti Azərbaycana kifayət etmir” – RƏY + FOTO

Sharing is caring!


“Ermənistanın təhlükəsizlik zəmanəti Azərbaycana kifayət etmir”.

Bunu “Report”a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

O, Ermənistanın Zəngəzur dəhlizinin təhlükəsizliyinin tam təmin edə biləcəyinə ciddi şübhələri olduğunu bildirib:

“Çünki Ermənistan rəhbərliyi heç İrəvanda, Azərbaycan-Ermənistan sərhədində təhlükəsizliyi təmin edə bilmir. Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçməsi layihəsi reallaşarsa, bir sıra suallar ortaya çıxar. Çünki bu yoldan sərnişinlərin də istifadəsi nəzərdə tutulub. Ermənistan tərəfi azərbaycanlı sərnişinlərin sərbəst dəhlizdən istifadəsinə təminat yarada bilərmi? Əmin deyiləm. Ermənistanın təhlükəsizlik zəmanəti bizə kifayət etmir, biz daha ciddi təminata söykənən təhlükəsizlik sisteminin qurulmasını istəyərdik. Nə qədər ki bu yoxdur, layihənin reallaşması bir o qədər müəmmalıdır”.

İ.Vəlizadə Zəngəzur dəhlizi ilə bağlı İranın maraqlarından da söz açıb:

“İran iqtisadi-siyasi dividend qazanmaq və öz nüfuzunu regionda möhkəmləndirmək üçün dəmiryolu xəttinin öz ərazisindən keçməsini istəyir. Ötən dövr ərzində İran dəfələrlə Azərbaycanın əsas hissəsini Ermənistandan keçərək Naxçıvanla birləşdirəcək yol layihəsinin əleyhinə olduğunu bildirib. Səbəb kimi isə yolun İranla Ermənistan arasında əlaqələrini kəsəcəyini göstərib. Amma nədənsə Naxçıvanı Azərbaycana birləşdirəcək dəmiryolunun İran ərazisindən keçməsinə narazılıq etmirlər. Bu isə ondan xəbər verir ki, İran sadəcə olaraq dəmiryolu xəttinin öz ərazisindən keçməsini istəyirdi. Çünki bununla İran iqtisadi və siyasi dividendlər qazanmış olur və öz nüfuzunu regionda möhkəmləndirir”.

Politoloq vurğulayıb ki, Ermənistan artıq İranın bu niyyətindən xəbərdardır:

“Paşinyan görür ki, fürsət əldən gedir, ona görə də Zəngəzur dəhlizi ilə bağlı müəyyən təkliflər səsləndirir. Ancaq bir məsələ var ki, Paşinyan öz şərtlərini irəli sürür. Şərt də ondan ibarətdir ki, həmin dəhlizin təhlükəsizliyini Ermənistan tərəfi həyata keçirməlidir. Lakin 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanata əsasən, təhlükəsizlik məsələlərini Rusiya həyata keçirməlidir. Amma Ermənistan bunu istəmir. Halbuki Ermənistanın dəmiryolları Rusiya Dəmiryolu İdarəsinin əlindədir, ona görə də burada Rusiyanın mövqeyi vacibdir. Nəticədə Rusiya-Ermənistan gərginliyi fonunda Ermənistan ərazisindən keçən dəhliz layihəsinin reallaşdırılmasında müəyyən problemlər yaranır, prosesin icrası yubanır”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir