Dünya

Polineziyalı partiya funksioneri: “Fransa müstəqillik əldə etməyimizə mane olur”

Sharing is caring!


“Fransa dənizaşırı ərazilərin müstəqillik əldə etməsinə mane olmağa çalışır”.

“Report” xəbər verir ki, bunu Polineziya müstəqilliyi uğrunda mübarizə aparan “Tavini huiraatira” partiyasının nümayəndəsi Heynui Le Kai (Heinui Le Caill) mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Fransa Polineziyasının dekolonizasiya prosesi 40 ildir ki, davam edir: “Bu illər ərzində biz çoxlu ölümlər görmüşük. Fransa bu müddət ərzində milli şüurumuzu, ana dilimizi məhv etməyə çalışıb”.

O vurğulayıb ki, tam müstəmləkəçilik üçün Paris bu ərazilərdə fransız cəmiyyət modelini tətbiq etməyə çalışıb: “Tarix boyu Fransa bizim ərazimizdə təxminən 200 dəfə nüvə silahı sınaqdan keçirib. Onlar özlərini qorumaq üçün bizi qurban veriblər”.

Qeyd edək ki, sabah Azərbaycanın paytaxtında Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” adlı beynəlxalq konfrans keçiriləcək.

Toplantıda 14 ölkədən, eləcə də Fransanın dənizaşırı əraziləri və Korsikadan olan nümayəndələr iştirak edəcəklər.

Xatırladaq ki, Bakı Təşəbbüs Qrupu (BTQ) Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində bu il iyulun 6-da Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb. BTQ XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir