Siyasət

Qvadelupanın Azadlığı Uğrunda Xalq İttifaqı: “Fransanın muxtariyyət təklifini qəbul etməyəcəyik”

Sharing is caring!


“Qvadelupa muxtariyyət statusunun verilməsi ilə bağlı Fransanın mövqeyini qəbul etmir”.

“Report” xəbər verir ki, bunu Qvadelupanın Azadlığı Uğrunda Xalq İttifaqı nümayəndəsi Jan Jakob Bisep mətbuat konfransında bildirib.

“Hazırda söhbət bizə muxtariyyət statusunun verilməsindən gedir. Bu isə o deməkdir ki, biz Fransa Konstitusiyasına uyğun yaşayacağıq. Bu bizim azadlıq mübarizəmizi daha da çətinləşdirəcək. Partiya adından bəyan edirəm ki, biz Fransanın bu mövqeyini qəbul etməyəcəyik”, – deyə o vurğulayıb.

Qeyd edək ki, sabah Azərbaycanın paytaxtında Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” adlı beynəlxalq konfrans keçiriləcək.

Toplantıda 14 ölkədən, eləcə də Fransanın dənizaşırı əraziləri və Korsikadan olan nümayəndələr iştirak edəcək.

Xatırladaq ki, Bakı Təşəbbüs Qrupu (BTQ) Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində bu il iyulun 6-da Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb. BTQ XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir