Dünya

Orban Ərdoğana Türkiyədəki seçkilərin ikinci turunda qələbə arzulayıb – FOTO

Sharing is caring!


Macarıstanın Baş naziri Viktor Orban Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana mayın 28-nə təyin edilmiş seçkilərin ikinci turunda qələbə arzulayıb.

Bu barədə Macarıstan hökumətinin başçısı “Twitter”dəki paylaşımında bildirib.

Belə ki, Orban Türkiyə liderinə telefonla zəng edərək onu ilk turdakı uğuruna görə təbrik edib və prezidentlik postunu qoruyub saxlayacağına əminliyini ifadə edib.

“İkinci turda uğurlar, Prezident! Güclü və sabit Türkiyə Macarıstan, Avropa və dünya üçün yaxşıdır”, – Orban qeyd edib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir