Siyasət

Amerikalı ekspert: “Fransanın Ermənistana dəstəyi sırf maraqlarına əsaslanır”

Sharing is caring!


“Fransanın Cənubi Qafqaz ölkələrinin işlərinə qarışmaq, Ermənistanı dəstəkləmək cəhdləri sırf onun maraqlarına əsaslanır və bu məsələdə altruizmdən söhbət gedə bilməz. Buna görə də Fransa 1990-cı illərin əvvəllərində Azərbaycan ərazilərinin 20%-i işğal edilən vaxt Azərbaycana heç bir, hətta humanitar yardım belə göstərmədi”.

Bunu “Report”a açıqlamasında amerikalı jurnalist, təhlükəsizlik üzrə analitik, hüquqşünas İrina Zukerman deyib.

“Əslində, Fransanın mövqeyi bu ölkədəki erməni diasporu, eləcə də onun Qərbi Afrikadan sıxışdırılıb çıxarılmasından sonra Cənubi Qafqazdakı hazırkı maraqları ilə ayrılmaz şəkildə bağlıdır. Fransa Rusiyanı regional güc kimi sıxışdırıb çıxarmaq və bu ssenaridən iqtisadi fayda əldə etmək imkanını nəzərdən keçirir”, – o vurğulayıb.

Onun sözlərinə görə, Fransanın Azərbaycana qarşı səs-küylü bəyanatlarına və Avropa Parlamentinin siyasi əhəmiyyəti olmayan qətnamələrini dəstəkləməsinə baxmayaraq, bundan praktiki nəticə əldə etməyib.

İ.Zukerman qeyd edib ki, əslində, Fransa Ermənistana vəd etdiyi yardımı göstərmir:

“Silah satışı ilə bağlı razılaşmalara baxmayaraq, burada çox az dəyişiklik baş verib. Bir tərəfdən, ermənilərin Fransanın bahalı texnikası üçün kifayət qədər maliyyəsi yoxdur, digər tərəfdən isə Fransa silahların böyük hissəsini Ukraynanın ehtiyacları üçün göndərir”.

“Fransanın Ermənistana yardım görüntüsünü saxlayıb-saxlamayacağı hələ məlum deyil, çünki yeni reallıqlar fonunda erməni lobbisinin təzyiqləri zəifləyir”, – o vurğulayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir