Siyasət

Türkmənistan prezidenti İlham Əliyevi təbrik edib

Sharing is caring!


Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Bu barədə President.az xəbər verir.

Məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu!

Azərbaycan Respublikasının Müstəqilliyinin Bərpası Günü münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

Azərbaycan sosial və iqtisadi sahələrdə yeni zirvələrə çatıb, həmçinin beynəlxalq arenada nüfuzunun daha da artması istiqamətində inamla irəliləməkdə davam edir.

Biz Türkmənistan və Azərbaycan Respublikası arasında qardaşlıq münasibətlərinə böyük əhəmiyyət veririk. Türkmənistan-Azərbaycan əməkdaşlığının daha yüksək səviyyəyə qaldırılması üçün bundan sonra da Sizinlə birlikdə hərtərəfli səylər göstərməyə hazır olduğumu bildirirəm.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq, qardaş Azərbaycan xalqına isə sülh, tərəqqi və rifah arzulayıram”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir