Cəmiyyət

Təbiətdə baş verən ekstremal hadisələrdən necə faydalanmaq olar? – FOTO

Sharing is caring!


Son illər Azərbaycanda anomal hava şəraiti tez-tez qeydə alınır. 

Belə ki, ölkəmiz ərazisində havalar mövsüm normalarından fərqli olur. 

Bəzən hətta yaxın ərazilərdə bir-birinə zidd olan anomal hadisələrin baş verdiyi müşahidə edilir.
Bir rayonda sel, digər rayonda isə quraqlıq müşahidə olunur. 

Bəs təbiətdə baş verən bu cür ekstremal hadisələrdən necə faydalanmaq olar?

Ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov Oxu.Az-a açıqlamasında bildirib ki, son 30 ildə təbiətdə ekstremal hadisələrin sayı artıb:

“Belə ki, hava şəraiti gah isti, soyuq, yağıntılı, gah da quraqlıq olur. Bu cür hava şəraitinin idarə edilməsi istiqamətində mühüm addımlar atmalıdır. Təhlükələri hadisələr təbii fəlakətlər yaradır. Biz bu hadisələrin başvermə riskini öz cavab tədbirlərimizlə azaltmalıyıq. Məsələn, bir ərazi daşqın təhlükəsinə məruz qalırsa, orada evlər tikilməməlidir.

Eyni zamanda bir tərəfdə sel, digər tərəfdə isə quraqlıq baş verirsə, bu zaman sudan istifadə texnologiyası təkmilləşdirilməlidir. Quraqlıq şəraitinə uyğun bir yerdə kənd təsərrüfatı inkişaf etdirilməlidir”.

Ekspert bildirib ki, daşqın, sel, quraqlıq kimi hadisələrə bütün infrastrukturun hazırlanması, zonalaşdırma olmalıdır:

“Eyni zamanda, yolların təhlükəli ərazidən uzaqda salınması vacibdir. İstilər zamanı ölkədə meşə yanğınları baş verən zaman da ən müasir texnologiyadan istifadə edilməlidir. Yəni bu cür anomal hava şəraitindən faydalanmaq üçün müxtəlif cavab tədbirləri var. Bunun üçün addımların atılması mütləqdir”.

Qeyd edək ki, bu gün ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva açıqlamasında ölkədə rekord daşqın hadisələri ilə yanaşı, bir çox çaylarda axının azalmasını, əsasən aran ərazilərdə quraqlığın baş verdiyini bildirib. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir