Siyasət

Gürcü politoloq: “Düşmənlə necə mübarizə aparmağı Azərbaycandan öyrənməliyik”

Sharing is caring!


“Biz Azərbaycan nümunəsi üzərində düşmənlə necə mübarizə aparmaq lazım olduğunu öyrənməliyik”.

Bu fikri “Report”un yerli bürosuna Gürcüstan Strateji Planlaşdırma Mərkəzinin rəhbəri Levan Mamaladze deyib.

O xatırladıb ki, Azərbaycan bayrağı əzəli ərazisi olan Xankəndidə qaldırıldı:

“Baş verənlər region üçün tarixi bir hadisədir. 2003-cü ildə İlham Əliyev inaqurasiyası zamanı dedi ki, Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcək. Prezident İlham Əliyev dedi və sözünü tutdu”.

“Mən bütün Azərbaycan xalqını bu şanlı gün münasibətilə təbrik etmək istəyirəm. Azərbaycan bayrağı Azərbaycan ərazisi olan Xankəndidə qaldırıldı. Baş verənlər region üçün tarixi bir hadisədir. Bu bir daha sübut etdi ki, doğru və əzmkar çalışaraq bütün maneələri aşıb, ərazi bütövlüyünü bərpa edib bütöv bir dövlət qurmaq mümkündür. İtkilərlə, qanla Azərbaycan xalqı öz ərazi bütövlüyünü bərpa etdi. Bu bizə bir nümunədir. Biz Azərbaycan nümunəsi üzərində düşmənlə necə mübarizə aparmaq lazım olduğunu öyrənməliyik. İnanıram ki, biz də öz ərazi bütövlüyümüzü bərpa edəcəyik”, – deyə L.Mamaladze qeyd edib.

Politoloq Simon Kapadze isə bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev hakimiyyəti dövründə çox işlərə imza atıb:

“Ən əsası isə Azərbaycanın ərazi bütövlüyünü bərpa edib. Arzu edirəm ki, Azərbaycanda baş verənlər tezliklə Gürcüstanda da olsun. Gürcüstan da öz ərazi bütövlüyünü bərpa etsin. Azərbaycan bayrağı Xankəndidə dalğalandığı kimi, Gürcüstan bayrağı da Suxumidə dalğalansın”.

O, həmçinin Xankəndi başda olmaqla digər rayonların da Azərbaycana qaytarılması münasibətilə Prezident İlham Əliyev başda olmaqla bütün Azərbaycan xalqını təbrik edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir