Siyasət

Baş nazir son 20 ildə tikilən məktəb və səhiyyə müəssisələrinin sayını AÇIQLADI

Sharing is caring!


“Son 20 il ildə paytaxtda və regionlarda 3 630 məktəb, 760-dək səhiyyə müəssisəsi tikilib və ya əsaslı təmir olunub”.

“Report”un xəbərinə görə, bunu Baş nazir Əli Əsədov oktyabrın 14-də Bakıda “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin diqqət və qayğısı, eyni zamanda, Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevanın bilavasitə təşəbbüsü və dəstəyi ilə ölkə üzrə təhsil, səhiyyə və mədəniyyət ocaqlarının tikintisi və yenidən qurulması sahəsində irimiqyaslı layihələr həyata keçirilib:

“Ötən dövrdə ölkəmizdə elm və təhsilin inkişafına böyük diqqət yetirilib. Ümummilli liderimiz tərəfindən əsası qoyulmuş xaricdə təhsil siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.

Ə.Əsədov həmçinin diqqətə çatdırıb ki, 2019-cu ildən ölkədə geniş tətbiqinə başlanılan icbari tibbi sığorta bu gün xidmətlər zərfinə daxil olan 3 300-dən artıq tibbi xidmət sayı ilə bütün ölkə əhalisini əhatə edir:

“COVID-19 pandemiyası yayılmağa başlayan ilk gündən dövlət başçısı tərəfindən bu sahədə göstərilən çevik reaksiya və vaxtında atılan operativ addımlar ölkəmizin bu qlobal sınaqdan minimum itkilərlə çıxmasına şərait yaradıb”.

Baş nazir qeyd edib ki, ölkənin hərtərəfli inkişafı üçün böyük əhəmiyyət daşıyan yol infrastrukturunun inkişaf etdirilməsi məsələləri daim diqqət mərkəzində olub, magistral yolların, şəhərlərarası və kəndlərarası, daxili yolların tikintisi, təmiri və yenidənqurulması işləri geniş vüsət alıb:

“2003-cü ildən başlayaraq Azərbaycanda 20 min kilometrə yaxın avtomobil yolu, 1400 kilometr dəmir yolu tikilib və ya əsaslı təmir edilib. Çoxlu sayda körpülər və yol ötürücüləri tikilib”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir