Siyasət

Siyəzəndə yol tikintisinə 8,8 milyon manat ayrılıb – SƏRƏNCAM

Sharing is caring!


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Siyəzən rayonunun Siyəzən–Dağ Quşçu–Ərziküş avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Bu barədə President.az məlumat yayıb.

Sərəncamda deyilir:

“1. Bir min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Siyəzən-Dağ Quşçu-Ərziküş avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.9-cu yarımbəndinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 8,8 milyon (səkkiz milyon səkkiz yüz min) manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir