Dünya

Fransız senator: “AŞPA ona olan inamın qalıqlarını itirib”

Sharing is caring!


“Avropa Şurası Parlament Assambleyası (AŞPA) ona olan inamı itirib”.

Bunu “Trend”ə fransalı senator Natali Qule bu strukturda formalaşmış dözülməz irqçilik, azərbaycanfobiya və islamofobiya mühiti nəticəsində Azərbaycan nümayəndə heyətinin AŞPA-da qarşılıqlı fəaliyyətini və mövcudluğunu dayandırmaq qərarını şərh edərkən deyib.

“Bu gün Avropa çox acınacaqlı bir gündədir. Bu da 30 ildir Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı problemini həll edə bilməyən Qərbin “demokratiya” adlanan əksər ölkələrinin balanssız siyasətinin nəticəsidir”, – deyə Qule bildirib və qeyd edib ki, Azərbaycanı günahlandırmaq Ermənistanı günahlandırmaqdan daha asandır və bu, ədalətsizlikdir.

Qeyd edək ki, yanvarın 24-də Azərbaycan Respublikasının AŞPA-dakı nümayəndə heyəti qurumun iclasında onun səlahiyyətlərinə etiraz etmək təşəbbüsü ilə bağlı bəyanatla çıxış edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir