Dünya

Bayden oğlu Hanterin nikahdankənar qızını qəbul etdi – FOTO

Sharing is caring!


ABŞ Prezidenti Co Bayden ilk dəfə olaraq oğlu Hanterin nikahdankənar dünyaya gələn qızı Nevini öz nəvəsi kimi ictimaiyyət qarşısında qəbul edib.

Qızın anası Landen Robertsin 2019-cu ildən bəri Hanter Baydenlə məhkəmə çəkişmələri davam edirdi, belə ki, o, dörd yaşlı qızını qəbul etmək istəmirdi. Nevinin valideynləri iyun ayında razılığa gəliblər ki, prezidentin oğlu lazımi vəsait ödəyəcək, Roberts isə qızına atasının soyadını verməyəcək.

“Oğlumuz Hanter və Nevinin anası Landen qızlarının maraqları naminə birlikdə münasibətlərini nizamlayırlar. Bu, ailə məsələsidir, siyasi məsələ deyil”, – deyə ABŞ Administrasiya rəhbəri “People” jurnalında dərc olunan bəyanatında bildirib.

Co Baydenin sözlərinə görə, o, həyat yoldaşı Cill ilə birlikdə Nevi də daxil olmaqla bütün nəvələri üçün ən yaxşısını arzulayır.

Qeyd edək ki, 80 yaşlı ABŞ prezidentinin dörd övladı və beşi Hanterdən olmaqla yeddi nəvəsi var. Keçən il Amerika liderinin böyük nəvəsi Naomi Kinq Bayden Ağ Evdə baş tutan mərasimdə ailə həyatı qurub.

Mənbə: Vesti.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir