Siyasət

Türkiyəli deputat: “Şuşanın islam dünyasının mədəniyyət paytaxtı elan edilməsi dünyaya önəmli mesajdır” – FOTO

Sharing is caring!


“Şuşanın gələn il islam dünyasının mədəniyyət paytaxtı elan edilməsi dünyaya verilən önəmli bir mesajdır”.

Bunu “Report”un Ankara bürosuna Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının İstanbul üzrə millət vəkili Serkan Bayram bildirib.

Onun fikrincə, sözügedən məsələ islam aləmi üçün də əhəmiyyəti olan bu qədim, tarixi və mistik şəhərin 2020-ci ilin noyabrına qədər məhv edilmə cəhdlərinə verilən cavabdır:

“İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olan dövlətlərin mədəniyyət nazirlərinin belə bir qərarı çox düzgündür. Şuşa işğaldan azad edilənədək Azərbaycan acılar çəkdi, mücadilələr verdi. Məncə, islam dünyasının baş şəhəri olaraq Şuşaya bundan sonra heç bir qüvvə bəd niyyətlə toxuna bilməz. Şuşa öz haqqına qovuşur və haqq etdiyi daha gözəl günlər yaşayacaq”.

Serkan Bayram onu da qeyd edib ki, Şuşanın islam dünyasının mədəniyyət paytaxtı olmasında Türkiyənin də önəmli rolu danılmazdır:

“Bu məsələdə Türkiyənin də rolu böyükdür. Və bunu həm də türk dünyasına yönəlik müsbət bir nümunə olaraq qiymətləndirmək doğru olardı”.

Qeyd edək ki, keçən ay islam dünyası mədəniyyət nazirlərinin Qətərin paytaxtı Dohada 12-ci konfransı keçirilib. Konfransda Azərbaycanın mədəniyyət naziri Adil Kərimli Şuşanın “İslam dünyasının 2024-cü il mədəniyyət paytaxtı” adına namizədliyini irəli sürüb. İslam dünyasının mədəniyyət nazirlərinin yekdil qərarı ilə Şuşa 2024-cü ildə islam dünyasının mədəniyyət paytaxtı statusunu qazanıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir