Siyasət

Aİ Ermənistanı Azərbaycandan Rumıniyaya gedəcək enerji kabeli layihəsinə qoşulmağa çağırır

Sharing is caring!


Avropa Komissiyası Ermənistanı Azərbaycandan Rumıniyaya gedəcək Qara dəniz sualtı elektrik ötürücü xətti (Qara dəniz enerji kabeli) layihəsində iştirak etməyə çağırıb və İrəvana nüvə təhlükəsizliyində yardım vəd edib.

Bu barədə İspaniyanın Qranada şəhərində Avropa sammiti çərçivəsində Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşün yekunları üzrə imzalanmış birgə bəyanatda deyilib.

“Avropa Komissiyası Ermənistanın Qara dəniz enerji kabeli layihəsi kimi regional layihələrdə iştirakını dəstəkləyəcək. Avropa Komissiyası Ermənistana hava və nüvə təhlükəsizliyi sahəsində texniki yardımı genişləndirəcək”, – sənəddə diqqətə çatdırılıb.

Bəyanatda Azərbaycanın ərazi bütövlüyü bir daha təsdiq olunub və regional kommunikasiyaların açılması məsələsinə toxunulub.

“Biz 1991-ci il Almatı Bəyannaməsinə əsaslanaraq və Ermənistan ərazisinin 29.800 kvadratkilometr, Azərbaycan ərazisinin isə 86.600 kvadratkilometr olduğunu anlayaraq həm Ermənistanın, həm də Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsinin zəruriliyini bir daha təsdiq etdik. Biz həmçinin vurğuladıq ki, regional kommunikasiya xətlərinin açılması ölkələrin suverenliyinə və yurisdiksiyasına tam hörmətə, habelə bərabərlik və qarşılıqlılıq prinsiplərinə əsaslanmalıdır”, – deyə sənəddə qeyd olunur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir