Siyasət

Qərbi Azərbaycana təhlükəsiz qayıdışa böyük töhfə – VİDEO

Sharing is caring!


Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

“Qərbi Azərbaycana təhlükəsiz qayıdışa böyük töhfə” adlı süjetdə bu il 19-20 sentyabr tarixində Qarabağda həyata keçirilən antiterror tədbirlərinin Azərbaycanın Konstitusiya quruluşunun bərpa edilməsi məqsədi daşıdığı, Qarabağ bölgəsində və Ermənistandakı separatçıların tör-töküntüləri üzərinə düşən öhdəliklərə əməl etmədikləri üçün reallaşdığı bildirilir.

Qeyd olunur ki, separatçılar 2020-ci il 10 noyabr bəyanatına ziddi olaraq, hələ də bölgədə Azərbaycanın təhlükəsizliyini təhdid edir, ərazi bütövlüyü və suverenliyinin pozub:

“Təkcə 2020-ci il noyabrın 10-dan 2023-cü il sentyabrın 18-dək Azərbaycanın işğaldan azad edilmiş ərazilərində baş vermiş mina hadisələri nəticəsində 48-i  mülki, 13-ü hərbçi olmaqla, ümumilikdə 61 nəfər həlak olub. Bütövlükdə mina partlayışları nəticəsində 101 mülki, 152  hərbçi yaralanıb. Ermənistanın silahlı birləşmələri və regiondakı separatçıların qalıqları bu kimi qanunazidd əməlləri daim törədiblər. Elə 1988-ci ildə də Qərbi azərbaycanlıları doğma yurdlarından Ermənistan hakimiyyəti və bu cür kriminal ünsürlər deportasiya ediblər. Qərbi Azərbaycan türkləri Ermənistan vətəndaşlığından zorla məhrum ediliblər”.

Xüsusi vurğulanır ki, Azərbaycan tərəfi erməni sakinlərin təhlükəsizliyini təmin edəcəyini dəfələrlə vurğulayıb, Prezident İlham Əliyev sentyabrın 20-də xalqa müraciətində bu məsələyə bir daha toxunub, erməni sakinləri yaranmış şansdan istifadə etməyə çağırıb.

Süjetdə diqqətə çatdırılıb ki, Qarabağdakı erməni sakinlər Azərbaycana inteqrasiya olunacağı kimi, Qərbi azərbaycanlıların da Ermənistan cəmiyyətinə inteqrasiyası məsələsi paralel getməlidir:

“Bu, qarşılıqlı etibarın yaranmasına və artmasına müsbət təsir göstərəcək. Dünyanın aparıcı dövlətləri və Avropa İttifaqı rəsmiləri də erməni sakinlərin təhlükəsizliyini rəsmi Bakının təmin edəcəyini vurğulayırlar. Ancaq Azərbaycan qarşısında öhdəlik qoyan bəzi dövlətlər hüququ tapdanan Qərbi azərbaycanlılarla bağlı oxşar şərtləri rəsmi İrəvan qarşısında irəli sürsələr daha yaxşı olar. Qarabağdakı erməni sakinlərin hüquqları səviyyəsində Qərbi Azərbaycan türklərinin də vətəndaş hüquqlarının və təhlükəsizlikərinin təmin olunması ilə bağlı Ermənistanda hakimiyyətin öhdəlik götürməsi labüddür. Odur ki, bütövlükdə onların vətəndaşlıq hüququ, o cümlədən mülkiyyət hüquqlarının bərpası sülh müqaviləsinin davamlı olmasına yardım edər”.

Sonda vurğulanıb ki, Rusiyanın vasitəçiliyi ilə lokal xarakterli tədbirlərin sentyabrın 20-də dayandırılması nəticəsində qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycanın Qarabağ bölgəsində tam şəkildə tərk-silah olunublar:

“Bu tədbir Qərbi Azərbaycana, Qarabağa və ətraf bölgələrə təhlükəsiz qayıdış üçün böyük töhfədir. Öz yurdlarına qayıdan Azərbaycan vətəndaşları bununla da öz evlərində yaşayacaqlar”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Daha ətraflı Baku TV-nin süjetində:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir