Cəmiyyət

Yeddi yaşlı Zəhranın dəstəyə ehtiyacı var: “Nə dərmanlarını, nə də bezlərini ala bilirəm” – FOTO

Sharing is caring!


Yeddi yaşlı Zəhranın sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun anası Yeganə Xəlilova məlumat verib.

O bildirib ki, övladı serebral iflicdən əziyyət çəkir.

“Zəhra anadangəlmə serebral iflicdən əziyyət çəkir. Nə otura, nə ayağa qalxa bilir. Demək olar ki, doğulan gündən müalicə etdiririk. Amma hazırda buna imkanımız çatmır. Müalicə dayananda ağrıları artır, qışqırıb-ağlamağa başlayır. İnanın nə dərmanlarını, nə bezini ala bilirəm. O qədər çıxılmaz vəziyyətdəyəm ki, borc almağa da adam tapmıram. Hazırda müalicələr və gündəlik xərclərini qarşılamaq üçün 200-300 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm”.

Ailə ilə əlaqə: (055) 982-59-38.

Uni Bank: 4098 0944 2234 0883.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir