Siyasət

“Bir səfərin izi ilə”: AZAL Heydər Əliyevin İtaliyaya səfəri barədə filmin hazırlanmasına dəstək verib – FOTO

Sharing is caring!


Azərbaycanlı səyyah Azər Qərib ümummilli lider Heydər Əliyevin 1997-ci ildə İtaliyaya rəsmi səfərinə həsr olunmuş “Bir səfərin izi ilə” filminin təqdimatını keçirib. Təqdimat oktyabrın 4-də Nizami Kino Mərkəzində baş tutub.

Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat Xidməti məlumat yayıb.

Qeyd olunur ki, bu maraqlı layihə bizi Heydər Əliyevin ziyarət etdiyi İtaliyanın tarixi şəhərlərinə aparır və rəsmi səfərin qeyri-rəsmi tərəflərini göstərir. Səyahətçi ilə birlikdə tamaşaçı səfərin qeyri-adi anlarına nəzər salmaqla Roma, Neapol, Pompey və Kapri adasında heyrətamiz səyahətə çıxacaq.

Filmin ideya müəllifi, tanınmış jurnalist Azər Qərib ümummilli liderin daha dörd səfəri barədə oxşar mövzuda maraqlı detalların film formatında lentə alınacağını da vurğulayıb.

 Bu layihə sosial missiyası mədəniyyətin inkişafına və ölkə irsinin qorunub-saxlanmasına yönəlmiş “Azərbaycan Hava Yolları” aviaşirkətinin dəstəyi sayəsində reallaşıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir