İdman

“Barselona”nın 16 yaşlı futbolçusu Çempionlar Liqası matçı zamanı meydançadan tualetə qaçıb

Sharing is caring!


“Barselona”nın hücumçusu Lamin Yamal Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda “Porto” ilə matç zamanı komandasını təxminən on dəqiqəlik tərk edib.

Matçın 71-ci dəqiqəsində 16 yaşlı futbolçu özünü pis hiss edərək tualetə getmək üçün meydançadan soyunub-geyinmə otağına qaçsa da, geri qayıdaraq oyunu davam etdirə bilməyib. Onu 80-ci dəqiqədə Markos Alonso əvəzləyib.

Komandanın baş məşqçisi Xavi Hernandes baş verənlərin təfərrüatını açıqlayıb:

“O mənə özünü pis hiss etdiyini, qarnının ağrıdığını demişdi”.

Qeyd edək ki, “Barselona” və “Portu” arasında görüş oktyabrın 4-də Portuqaliyada baş tutub. Qarşılaşma 1:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb. Yamal Çempionlar Liqası tarixində start heyətində yer alan ən gənc futbolçu olub.

Mənbə: lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir