Siyasət

Ekspert: “BMT missiyasının bəyanatı Qarabağda ermənilərə heç bir təzyiqin olmadığını göstərib”

Sharing is caring!


“BMT missiyasının Azərbaycanın Qarabağ bölgəsinə səfərindən sonra verdiyi bəyanatla tamamilə aydın olub ki, ermənilərə qarşı heç bir təqib və ya onlara qarşı Ermənistan hakimiyyəti və Qərb KİV-in təkrarladığı “etnik təmizləmə” yoxdur, Qarabağı tərk edən insanlar bunu öz istəkləri ilə ediblər”.

Bunu “Report”a açıqlamasında ABŞ-li jurnalist, təhlükəsizlik üzrə analitik, hüquqşünas İrina Zukerman deyib.

“Həqiqətən də bu, Qərbdəki erməni lobbisinin iddialarının əksinə olaraq, rəsmi Bakı tərəfindən siyasi, mədəni, eləcə də dini baxımdan təzyiqin olmadığının ən tutarlı sübutudur. Bu bəyanatla mübahisə etmək çətindir. Buna baxmayaraq, qarayaxma kampaniyası davam edir”, – deyə o vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan öz ərazisində terror fəaliyyətinə son qoymağa vadar olub və bunu insanlara çatdıracaq genişmiqyaslı kampaniya aparmalıdır:

“Qarabağda qalanlar üçün aydındır ki, Azərbaycan onları etnik və dini mənsubiyyətindən asılı olmayaraq ölkə vətəndaşlarının malik olduğu bütün imkanlar və hüquqlarla təmin edəcək. Bakı artıq bu regionun sosial-iqtisadi sahəsinə sərmayələr qoyacağını, eləcə də Qarabağ ermənilərinin reinteqrasiyasını dəstəklədiyini bəyan edib. Son hadisələr göstərir ki, ölkə artıq bu vədləri yerinə yetirməyə başlayır. Hazırkı şəraitdə beynəlxalq ictimaiyyət bundan artıq nə gözləyə bilər? Bəs niyə Ermənistandan bir zamanlar bu ölkədən qovulan azərbaycanlılara eyni münasibət göstərməsi tələb olunmur? İnsan haqları və humanitar məsələlərə gəlincə, görünür, bununla bağlı ikili standartlar var”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir